pərişan
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
pərişan
sif. və zərf [fars.]
1. Dağınıq, qatma-qarış, nizamsız. Ağarmış saçları çiyninə tökülmüş, pərişan saqqallı bir qoca .. dar küçə ilə gedirdi. Çəmənzəminli. ..Səlim [Mehribanın] tərləmiş üzünə tökülmüş pərişan saçlarını bir tərəfə edib alnının tərini sildi. S.Hüseyn. • Pərişan etmək – pərən-pərən salmaq, dağıtmaq, darmadağın etmək. Girsə o səngərə tək bir qəhrəman; Bütün bir alayı edər pərişan. H.K.Sanılı. Pərişan olmaq – darmadağın olmaq, pərən-pərən düşmək; dağılmaq. Havada parladı qızıl bir nişan; Gərayın dəstəsi olub pərişan.. S.Vurğun.
2. Qəmli, kədərli, qüssəli. Pərişan gəzirsən bütün aləmi; Gözündə ilk bahar zimistan olur.. S.Vurğun. [Afət:] Yaramı açma gəl, Pəri, qan gedər; Afət bu dünyadan pərişan gedər. M.Rahim. • Pərişan etmək – çox məyus etmək, kədərləndirmək, qüssələndirmək, qəmləndirmək. Bir tərəf şanə dağıtdı zülfünü, bir yan səba; Hər tərəfdən hər biri könlüm pərişan etdilər. S.Ə.Şirvani. Bütün ömründə çox az xəstələnən, son illər heç xəstələnməyən Böyükkişinin qəflətən yorğandöşəyə düşməsi xanımın halını olduqca pərişan etmişdi. S.Rəhimov. Pərişan olmaq – qəmlənmək, kədərlənmək, qüssələnmək, çox məyus olmaq. İstəsən könlüm kimi zülfün pərişan olmasın; Ol qədər cövr et mənə ah etmək imkan olmasın! M.Ə.Sabir.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
pərişan
I. dağınıq, qatma-qarışıq, nizamsız
{dağınık, karmakarışık, düzensiz}
II. qəmli, kədərli, dərdli, tutqun, pərt, dilxor, məhzun
{gamlı, kederli, dertli, tutkun, perişan, üzgün, mahzun}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
pərişan
perişan