turklehceleri.org

pərgar

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

pərgar

I. is. [fars.] Dairə çəkmək və çertyojlarda xəttin uzunluğunu ölçmək üçün iki qollu alət; sirkul. Pərgarla dairə çəkmək.

II. sif. [fars.] Bacarıqlı, bacaran, usta. [Hacı Murad:] De görüm, yeməkdə pərgarsan, ya yox! S.S.Axundov. [Nərminə:] Deməyə, danışmağa pərgarsan, ancaq əlindən bir iş gəlmir. B.Bayramov.

III. is. [fars.] Qayda, səliqə, nizam; bir şeyin saz vəziyyəti. Evimizə ozan gəlibdir; Pərgar pozan gəlibdir; Gündüz olan işləri; Gecə yazan gəlibdir. (Bayatı).

IV. is. [lat. Circinus] Göyün Cənub yarımkürəsində bürc.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

pərgar

pergel


Last searches: