pələng
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
pələng
is.
1. Pişik cinsindən dərisi zolaqlı iri yırtıcı heyvan; qaplan. .. Sədinin bir sözü çıxmır yadımdan: Pişiyin duruşu rəngbərəng olur; Pələngi görəndə o, siçanlaşır; Siçanı görəndə o, pələng olur. X.Rza.
2. məc. İgid, qoçaq mənasında. Baş bədənnən yarpaq kimi tökərəm; Mənəm əsil cəzirənin pələngi. “Koroğlu”. Əsirgəmir ondan patron-tüfəngi; Bəsləyir yoxsullar o gənc pələngi. H.K.Sanılı. Tüfəng tutan bu ərlər; Bəslədiyim pələnglər; Nəyim varsa sənindir. S.Vurğun.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
pələng
kaplan