pünhan
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
pünhan
sif. və zərf [fars.] Heç kəsin bilmədiyi; gizli, xəlvət. Nə sözüm, söhbətim, nə həmdəmim var; Dərdim ürəyimdə pünhan, ağlaram. S.Vurğun. • Pünhan olmaq – 1) gizli olmaq, xəlvət olmaq, başqasına bildirilməmək, gizlədilmək. [Kəndli Balasultana:] Sultan ağa, səndən savayı bizim sahibimiz yoxdur və heç bir sirrimiz yoxdur ki, səndən pünhan olsun. C.Məmmədquluzadə; 2) gizlənmək. Naçar qalıb susdu daim ol zaman; Buludların altında oldu pünhan. A.Səhhət.