turklehceleri.org

pozulmuş

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

pozulmuş

f.sif.
1. Üstündən xətt çəkilmiş; qaralanmış, silinmiş. Pozulmuş cümlə. – Yazısı pozulmuş kağız hisdən sapsarı saralmışdı. B.Bayramov.
2. məc. Adi qaydadan çıxmış, nizamsız hala salınmış; nizamsız, pərakəndə. Pozulmuş quş dəstəsi yenidən cərgələnib uzaqlaşdı. H.Seyidbəyli.
3. məc. Bikef olmuş, əhvalı qarışmış; məyus, pərt. Məsumə məktubu oxuyandan sonra əhvalı pozulmuş bir halda divanda uzanıb fikrə getdi. S.Şamilov.
4. bax. pozğun 1-ci mənada. Yazıq! Zəhərlədi o gözəl qızı; Həyatın pozulmuş bir əxlaqsızı. S.Vurğun.


Last searches: