platforma
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
platforma
[fr.]
1. Möhkəm materialla örtülü hündür, düz meydança, səki. Zenit topunun platforması. // Stansiyada dəmiryol yatağı boyunca düzəldilmiş belə meydança, səki. Vağzalın platformasında bir neçə nəfər adam görünürdü. S.M.Qənizadə. [Stansiyada] zəif surətdə işıqlanmış platformada yuxulu sərnişinlər o yan-bu yana qaçırdılar. T.Ş.Simurq. // Kiçik dəmiryol stansiyası; yarımstansiya.
2. Alçaq bortlu üstüaçıq yük vaqonu. Təknənin alt qapağı açılaraq torpaq platformaya boşalırdı. Ə.Sadıq. Açıq platformalarda gümüş rəngli kabel muftaları düzülmüşdü. H.Seyidbəyli.
3. məc. Hər hansı partiya və qrupun fəaliyyət proqramı, məramı, siyasi tələbləri. Partiyanın seçki platforması.
Uzbek—English Dictionary (Dirks, 2005)
platforma
(Russian) platform; open-bed truck.
Kyrgyz—Turkish Dictionary
platforma
. r. platform, program, umde, esaslar.