oyuncaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
oyuncaq
is.
1. Uşaqların oynayıb əylənməsi üçün düzəldilmiş hər cür şey. Uşaq oyuncağı. Oyuncaq mağazası. – Sarı o biri otaqdan oyuncaqlarla əyləndirib saxladığı Çiçəyi buraxdı. S.Rəhimov. Səhər gün çıxandan gün batanadək uşaqlar oynar, ev tikər, palçıqdan oyuncaq düzəldərdilər. Q.İlkin. // məc. Oynamaq, əylənmək üçün obyekt olan hər bir şey. [Bəhram:] Saray olmuş bir oyuncaq; Meydan açır oğul-uşaq. A.Şaiq.
2. məc. Kor-koruna başqasının iradəsi ilə oturub-duran, öz müstəqil fikri olmayan adam haqqında. [Molla Güləndam mütəəlliməyə:] ..Mən sənin oyuncağın deyiləm ki, məni ələ salasan. Çəmənzəminli. • Oyuncaq hökumət – başqa, daha güclü hökumət tərəfindən hakimiyyət başına gətirilən və ölkəni onun iradəsi ilə idarə edən hökumət. ‣ Əlində oyuncaq etmək – bax. əl. Əlində oyuncaq olmaq – bax. əl.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
oyuncaq
oyuncak