oynatmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
oynatmaq
f.
1. Uşağı əlinə alaraq, atıbtutaraq əyləndirmək, yaxud oyuncaq və başqa vasitələrlə məşğul etmək və beləliklə, özü də əylənmək. Körpəni oynatmaq. Uşaqları oynatmaq. – Vahid uşağı yanına alıb oynadır, dilə tutub yatırtmaq istəyirdi. Mir Cəlal. // Oyuncaq və s. ilə oynamaq, məşğul olmaq. Gəlinciyi oynatmaq. – Müəllimlə Mayis getdikdən sonra da Tapdıq maşını oynatmaqdan doymurdu. Ə.Vəliyev. [Qız] küncdə oturub gəlin oynadarmış. Çəmənzəminli.
2. O tərəf-bu tərəfə tərpətmək, qımıldatmaq. [Qızıl it] qulaqlarını oynadaraq qalın, boğuq səsi ilə hürər, nəşəmi pozardı. A.Şaiq. Ayaqlarımı soyuq suya salıb oynatmağa başladım. A.Divanbəyoğlu. // Tərpətmək. Kələntər qara qaşlarının altındakı qara gözlərini oynatdı. M.İbrahimov.
3. icb. Oynamağa məcbur etmək, rəqs etdirmək. Vağzalı oynatmaq.
4. Əlində atıb-tutmaq, fırlatmaq. [Doktor:] Hə, de anamın oğluyam, verim, – deyib, konfeti əlində oynadardı. M.İbrahimov. [Hidayət] əlində oynatdığı sarı yarpağı .. kənara fırlatdı. B.Bayramov.
5. məc. Göstərmək, təzahür etdirmək. Şahnisə xanım yarı çevrilərək dodaqlarında mənalı bir təbəssüm oynatdı. Çəmənzəminli.
6. məc. Ələ salmaq, dolamaq, sarımaq. [Şamama Cadu:] Sən belə güman etmə ki, sən məni oynadırsan deyibsən, mən də səni ələ salıb oynadıram. Ə.Haqverdiyev. [Elçi:] Məni oynatmaq olmaz. C.Cabbarlı. // məc. Aldatmaq, aldadaraq yormaq; yuxulatmaq. İki aydır ki, məni oynadır.
7. məc. Yerindən eləmək. Yaxşı və dəbdəbəli toy qıza nağıl kimi maraqlı görünür, bütün xəyalını oynadırdı. M.İbrahimov.
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
oynatmaq
(oynimaq'tan) Oynatmak. U minglerche yigitning töpüside at oynatqan – O binlerce yiğite (delikanlıya) hükmetmiş. Eskerlerimiz düshmenning béshida qilich oynatti – Askerlerimiz düşmanın başında kılıç oynattı.