olmazın
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
olmazın
sif.
1. Son dərəcə, həddən artıq, ölçüyəgəlməz, görünməmiş. Olmazın əziyyət. Olmazın ziyan. – Qazamat qulluqçuları Həcərə olmazın əziyyətlər verirlər. “Qaçaq Nəbi”. [Məsmə:] [Ərimi] xəstəxanaya yerləşdirmək üçün olmazın əmək sərf etdim. S.Hüseyn.
2. Yolverilməz, namünasib, nalayiq, yaraşmaz. Olmazın söz. – Lakin bir saatdan bəri hamı ağzına gələni danışmaqdan və olmazın şeyləri eşitməkdən yorulmuşdu. Ə.Əbülhəsən.
3. Mümkün olmayan, ola bilməyən, baş verə bilməyən. [Müşavir:] Dünyada olmazın iş yoxdur. P.Makulu.