turklehceleri.org

nəsil

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

nəsil

is. [ər.]
1. Əcdadı bir olan qohumlar silsiləsi; soy. İkinci otaqda səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi. M.F.Axundzadə. Əsrlər, qərinələr gəlib keçir, insan nəsilləri dəyişir, .. lakin bu böyük dühalar köhnəlmir, qocalmır, çürümür. M.İbrahimov. • Nəsli kəsilmək – 1) tamam məhv edilmək, kökü kəsdirilmək (bir nəsil haqqında). Camaatın halına ağlayan, onun dərdinə dərman axtaranların nəsli kəsilir, izi itirilirdi. H.Sarabski; 2) tamamilə kökü kəsilmək, yoxa çıxmaq. Bəzi nadir heyvanların nəsli kəsilib. Nəslini kəsmək – bir nəsli tamam qırmaq, məhv etmək, kökünü kəsmək. [Mahmud bəy:] Əgər Pəri adı çəksən, Qara vəzir səni öldürər, mənim də nəslimi kəsər. “Qurbani”.
2. Eyni vaxtda (dövrdə) yaşayan və birbirinə yaxın adamlar. Bizdədir sinfi şüurun əsli; Adımızdır yeni insan nəsli. M.Müşfiq. // Ümumi mənafe üçün fəaliyyət göstərən eyni dövrün adamları. Azərbaycan ədəbiyyatına son illərdə qüvvətli bir nəsil gəlmişdir. M.Hüseyn.
3. xüs. Heyvan və bitki sistematikasında: ümumi əlamətlərə malik bir neçə növü birləşdirən qrup.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

nəsil

kuşak, nesil


Last searches: