turklehceleri.org

nərə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

nərə

I. is. zool. Qiymətli əti, kürüsü olan, çaylarda, dənizlərdə yaşayan qığırdaqlı balıq.

II. is. məh. Evlərin üstünə qoyulan tir. Su gəldi, pərə dəydi; Ox keçdi, nərə dəydi; Sənin kimi cavanlar; Tezliklə yerə dəydi. (Bayatı).

III. is. [ər.] Hücum, həmlə, vuruş əsnasında bərk bağırma; bağırtı. • Nərə çəkmək, nərə vurmaq – bərk bağırmaq. Koroğlu axırda bir dəli nərə çəkib, Dəli Həsəni götürüb yerə vurdu. “Koroğlu”. Nəbi bir nərə çəkdi ki, dağ-daş titrədi. “Qaçaq Nəbi”. // Ümumiyyətlə bərk qışqırıq; çığırtı. Muradqulu və Heydərqulunun nərələri evə bir elə vəlvələ saldılar ki, guya elə bu saat dünya və aləm dağılacaq? C.Məmmədquluzadə. [Rüstəm kişi] birdən elə nərə çəkib qışqırdı ki, səsinə çöllər titrədi. M.İbrahimov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

nə’rə

çığırtı, bağırtı, qışqırtı
{çığlık, bağırma, kışkırtı}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

nərə

mersinbalığı


Last searches: