turklehceleri.org

nərmənazik

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

nərmə-nazik

sif.
1. İncə, zərif, nazik. Ağ biləklərində qızıl bilərzik; Zərif, lətif, sevimli, nərmə-nazik. A.Səhhət. [Zeynal:] Mənim belə nərmə-nazik dövlətli xanımlarından xoşum gəlmir.. Ə.Əbülhəsən. Teymurun qardaşı nərmə-nazik, ağbəniz və qəşəng olduğu üçün Şəmsi ona “qız Seymur” deyirdi. H.Seyidbəyli. // məc. Ruh oxşayan, ürəyəyatan; incə, zərif. Külli-Qarabağın abi-həyatı; Nərmə-nazik bayatıdır, bayatı. M.V.Vidadi.
2. Ağır, çətin, fiziki işlərə adət etməmiş, ümumiyyətlə, fiziki işdən qaçan adam haqqında (yalnız mənfi mənada işlənir).

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

nərmənazik

zərif, incə, ərköyün, nazlı
{zarif, ince, şımarık, nazlı}


Last searches: