nəfir
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
nəfir
is. [ər.]
1. Ucu getdikcə genişlənən boru şəklində olan nəfəsli çalğı aləti; şeypur. [Dərviş Məstəli şah:] Mən bu saat elə burada, bu otağın içində bir dairə çəkib əyləşərəm o dairədə, başlaram şah nəfiri çalmağa. Onda görərsən ki, necə sənin evin tarmar olub başına uçar. Ə.Haqverdiyev.
2. köhn. məc. Xəbər yayma, şayiə buraxma.