turklehceleri.org

növbəti

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

növbəti

sif. [ər.]
1. Növbədə olan, növbə üzrə, birinci, ən yaxın olan. Növbəti məsələ. Növbəti vəzifə. – Diktor, qocaman ifaçının adını xüsusi bir məhəbbətlə çəkərək konsertin növbəti nömrəsini elan edir. Ə.Bəbəlbəyli.
2. Müəyyən edilmiş vaxtda ardıcıl olaraq baş verən, müəyyən ardıcıllıqla olan, növbə üzrə icra edilən, sıra ilə gedən. Növbəti məzuniyyət. Məcmuənin növbəti nömrəsi. Növbəti çağırış. – Ulduzun həyatındakı bu qəribə gecədən üç gün sonra, o, növbəti döyüşçünü atəş altından çıxarırkən birdən onun qolları sustaldı. Ə.Məmmədxanlı. Növbəti məşğələlərdən biri idi. Ə.Vəliyev.
3. dan. Vaxtbavaxt baş verən, meydana çıxan (iş, hərəkət). Bu onun növbəti oyunlarından biridir.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

növbəti

gelecek


Last searches: