nuş
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
nuş
is. [fars.]
1. klas. Dadlı, şirin. Qeyrə eylər bisəbəb min iltifat ol nuş ləb; İltifat etməz mənə mütləq, nədir bilməm səbəb. Füzuli. Mən zəhr bildiyim məni-miskinə nuş imiş; Biganə sandığım mənə xud aşina imiş. S.Ə.Şirvani. • Nuş olmaq – canına yatmaq (sinmək), xoş olmaq. Nuş olur canıma ət, xasa o həngamdə kim; Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa ətə. M.Ə.Sabir. Hər günümüz bir köçəri quş olur; Yar əlindən badə alsan nuş olur. R.Rza.
2. İçki. • Nuş etmək (eyləmək) – içmək. Nuş etdim röyadə eşqin camını; Göründü gözümə doğru rah mənim. “Aşıq Qərib”. ‣ Nuş olsun – bax. nuşcan.