nisgil
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
nisgil
is. Bir şeydən dolayı daim ürəkdə qalan məmnuniyyətsizlik hissi, ürəkdə çəkilən qüssə, dərd. Anasının sözləri Xəlilin ürəyində bir nisgil olub ölənədək qalmışdı. Ə.Haqverdiyev. [Kərbəlayı Eyvaz:] Yazıq Dürnisə! Nisgilin ürəyimi dağlayır! Çəmənzəminli. • Nisgil eləmək – özünə dərd eləmək, qüssələnmək, kədərlənmək. Hərçənd kasıbıq, ev-eşiyimizin ləyaqəti yoxdur. Amma yenə nisgil eləmədim. M.S.Ordubadi. ‣ Ürəyində nisgil qalmaq – arzusu, gözlədiyi şey vaxtında yerinə yetmədiyi üçün bir dərd olaraq ürəyində qalmaq. Vur-tut ikicə ilin gəlini olan Geysubəyimin nisgili ürəyində, arzusu gözündə qalmışdı. Ə.Vəliyev. Dostum, ürəyində qalmasın nisgil; Qoy açım sirrimi, sən də eşit, bil! R.Rza.