turklehceleri.org

nisbət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

nisbət

is. [ər.]
1. Əlaqədarlıq, təəllüq, mənsubiyyət, bağlılıq, münasibət. Bunun o işə heç bir nisbəti yoxdur. – Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim; Lütf edib qıl bir nəzər, bu müxtəsər dastanə bax. M.V.Vidadi.
2. İki şey arasında olan münasibət, oxşarlıq, uyğunluq, qiyas. Həqdi, gözəl çoxdu cahan içində; Ola bilməz sənə nisbət hər gözəl. Q.Zakir. • Nisbət vermək (eyləmək) – müqayisə etmək, oxşatmaq, bir tutmaq. Eşqimi eyləmə nisbət özünə, ey bülbül; O sənin istədiyin fəsli-gülüstan gülüdür. S.Ə.Şirvani.
3. Qoş. mənasında. Görə, aid. [Məstəli şah:] Xanım, mənə nisbət nə qulluğunuz var? M.F.Axundzadə. Vəliqulu nəinki anasına nisbət, bəlkə özgələrə görə də artıq üzüyola oğlandı. C.Məmmədquluzadə. // bax. nisbətən.
4. Nisbətdə şəklində – iki şey arasında müqayisə, hal və miqdar bildirir. [Turxan bəy:] Ömür artdıqca həyatdakı nəşə də o nisbətdə əskilir. H.Cavid. [Xədicənin] rəngi bir qədər ağarmış, gözəlliyi də o nisbətdə artmışdı. S.Hüseyn.
5. Riyaziyyatda: böyük kəmiyyətin kiçik kəmiyyətə bölünməsi. Altının üçə (6/3) nisbəti. ‣ Nisbət şəkilçiləri qram. – əşyanın, hadisənin qrammatik şəxslərdən birinə aid olduğunu bildirən şəkilçilər; məs.: -ım, -ın, -ı və s.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

nisbət

münasibət, müqayisə, tutuşdurma
{oran, mukayese, karşılaştırma}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

nisbət

oran


Last searches: