naəlac
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
naəlac
[fars. na... və ər. əlac]
1. bax. əlacsız 2-ci mənada. [İmran:] Bu gecəliyə qonaq olmağı rica etdi, naəlac qalıb razı oldum. S.S.Axundov. İnsanın sevgilisi, istəklisi, məşuqəsi əğyar ilə oturub, oynayıb gülsün, insan özü isə naəlac (z.) kənarda oturub baxsın. C.Cabbarlı. [Eyvaz:] Mən naəlac qalaraq ayağa durdum. İ.Əfəndiyev.
2. İs. mənasında. Yazıq, fağır, əlacsız, əlsizayaqsız adam. ..Dünyada hər bir şeydən gözəlraq naəlaclara kömək etməkdir. N.Vəzirov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
naəlac
çarəsiz
{çaresi}