nasaz
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
nasaz
sif. və zərf [fars.]
1. Kefsiz, xəstə kimi, süst, əzgin, xəstəhal. Nasaz hal. Nasaz olmaq. – [Cabbar:] Dünən bir az nasazdım, gəlmədim. N.Vəzirov. [Bülənd:] Müəllim, nasaz deyilsiniz ki? ..Kefsizsiniz əgər, istəyirsiniz evə gedin. Ə.Əbülhəsən. [Əlləzoğlu:] Bir az nasaz kimiydi, dərdin alım. İ.Hüseynov.
2. Bir-birilə tutmayan, uyğun olmayan. Nasaz şey.
3. Saz olmayan, qaydada olmayan, qüsuru olan, işləyəcək halda olmayan. Nasaz maşın.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
nasaz
xəstə, naxoş, azarlı, kefsiz
{hasta, rahatsız, hoşnutsuz, keyifsiz}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
nasaz
bozuk