narahatlıq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
narahatlıq
is.
1. Rahatlıq olmayan hal, rahatlığı pozan şey. TU yerdən çox sürətlə qopsa da, sərnişinlər heç bir narahatlıq hiss etmir(dilər). M.İbrahimov.
2. Sıxıntı hissi, həyəcan, təlaş, nigarançılıq, təşviş. [Mollayev] Aslanovla qabaqlaşanda, həmişə nədənsə ürəyində anlaşılmaz bir narahatlıq duyurdu. M.Hüseyn. Əfruz bacının narahatlığı Mədədin narahatlığını daha da artırır, onu belə götür-qoy etməyə məcbur edirdi. S.Rəhimov. • Narahatlıq keçirmək – bax. narahat olmaq (“narahat”da). Qəhrəman özü də başqa uşaqlar kimi narahatlıq keçirir. S.Rəhimov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
narahatlıq
təşviş, həyəcan, iztirab, təlaş
{vesvese, heyecan, ıstırap, telaş}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
narahatlıq
endişe, huzursuzluk, kuşku