naqis
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
naqis
sif. [ər.]
1. Tam və mükəmməl olmayan, yarımçıq, natamam, əskik. Naqis kitab. Naqis məktub. – Çağırdı yarımı əğyar, qaldı ülfəti naqis. S.Ə.Şirvani.
2. Eyib və qüsuru olan; nöqsanlı, eyibli, qüsurlu. Cahangir ağa zəif iradəli, naqis ağıllı, düşkün fikirli bir adam idi. Ə.Vəliyev. • Naqis etmək – nöqsanlı etmək, şikəst etmək. [Həsən ağa:] Hüsnü xanım mənə yalvararaq: – Nə üçün məni naqis edirsən? – dedi. M.S.Ordubadi.
3. riyaz. köhn. Çıxma əməli. Beş naqis iki – elər üç.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
naqis
qüsurlu, nöqsanlı, eyibli, anormal, yarımçıq
{kusurlu, noksanlı, ayıplı, anormal, yarım}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
naqis
noksan