məzənnə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
məzənnə
is. [ər.]
1. Bazar qiyməti, nırx, müəyyən olunmuş qiymət. Günün məzənnəsi. – [Axund:] [Xoruzu] məzənnədən aşağı satmayasan. B.Talıblı. • Məzənnə qoymaq – nırx təyin etmək, qiymətini müəyyənləşdirmək. Məzənnəsi düşmək – qiyməti aşağı düşmək; ucuzlaşmaq.
2. a) qiymətli kağızların, xüsusi dövlət normativ aktları ilə müəyyənləşdirilən qiyməti; b) birjada səhmlərin, istiqraz vərəqələrinin, veksellərin və s. alınıb-satıldığı qiymət; kurs. ..Fransa müharibədən sonra öz valyutasının məzənnəsini dəfələrlə aşağı salmışdır.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
məzənnə
nırx
{kıymet}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
məzənnə
fiyat, kur