məzhəb
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
məzhəb
is. [ər.]
1. Din. İslam məzhəbi. Xristian məzhəbi. – Əgər övrəti bu əməldən xəbərdar olsa, haman saat ərindən boşanar və boşanmağına da məzhəbləri ixtiyar verər. C.Məmmədquluzadə. Bizim babalar məzhəb ayrılığını bəhanə edib çara əsgər vermirdilər. M.Rzaquluzadə. // Dini cərəyanlardan hər biri; təriqət. [Yaşlı kişi:] Fəqət müxtəlif məzhəb və təriqətlərə mənsub olan müsəlmanlar hamısı bu barədə müttəfiq deyillər. S.Hüseyn.
2. köhn. Məslək, əqidə mənasında. İki nəfər vəkil yenə müsəlmançılıqdan çıxıb sosial-demokrat məzhəbinə daxil olublar. C.Məmmədquluzadə. ‣ Ara qarışıb məzhəb itmək – bax. ara.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
məzhəb
mezhep