məsuliyyət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
məsuliyyət
is. [ər.] Məsul olma, cavabdehlik. [Möhsünzadə] ona başqa bir şöbədə adi və məsuliyyəti az bir vəzifə təklif edirdi. S.Hüseyn. • Məsuliyyət daşımaq – cavabdeh olmaq. // Öz hərəkətindən, işindən doğa biləcək hər hansı pis nəticəni nəzərə alıb ona cavabdeh olma, məsul olma; cavabdehlik. [Balaş:] Dilbər, sən bilirsən ki, o biri kağız üçün iş hələ də məhkəmədədir. İndi də bunun məsuliyyəti! C.Cabbarlı. [Həkim:] Xəstənin azarı ağır olanda həkimin məsuliyyəti daha da artır. Ə.Vəliyev. ‣ Məsuliyyətə almaq – məhkəməyə vermək, məhkəmə məsuliyyətinə cəlb etmək. Cinayətkarı məsuliyyətə almaq. – [Sədr:] Müqəssirlər məsuliyyətə alınırlar. C.Cabbarlı. [Prokuror:] Hər bir iş üstündə adamı ləkələmək, məsuliyyətə almaq olmaz. S.Rəhimov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
məs’uliyyət
cavabdehlik
{sorumluluk}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
məsuliyyət
mesuliyet, sorum
Last searches:
- Yağı,
- sınalmak,
- egelmek,
- dushxona,
- Cumartesi,
- testiq,
- röfle,
- özgörüşçül,
- tawuz,
- ennui,
- Inglorious,
- sükût,
- poverty,
- monde,
- Melum,
- göçkü,
- cüppe,
- overshadow,
- söndürülmə,
- idmancı,
- com,
- məsuliyyət