turklehceleri.org

məslək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

məslək

is. [ər.]
1. Hər hansı bir dünyagörüşünə əsaslanan əqidə, məfkurə, amal. Məsləkim, şüarım ucadan uca; Mən getdim, yoldaşlar, gəlin arxamca! A.Şaiq.
2. Etiqad, məzhəb, inam. [Şeyx Sənan:] Kimsiniz? Məsləkü təriqətiniz; Nə imiş? Söyləyin, rica edəriz. H.Cavid. • Məslək(imiz) haqqı – andiçmə məqamında işlədilir. [Musanın nəvəsi] artıq hər dəfə and içəndə daha “məsləkim haqqı” deməyirdi. Qantəmir. [Yarməmməd:] Məsləkimiz haqqı, mən şəxsi tənqidi sevirəm. M.İbrahimov. // köhn. Hər bir şəxsin özü üçün seçmiş olduğu yol, xəttihərəkət, istiqamət.
3. İstək, arzu, dilək mənasında. Könlümdə gül, çiçək açdı; Bir məsləkim, min diləyim. S.Rüstəm.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

məslək

I. ideya, inam, əqidə, e’tiqad
{inanç, güven, akide, itikat}

II. e’tiqad, məzhəb, inam
{itikat, inanç, güven}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

məslək

meslek


Last searches: