mərək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
mərək
is.
1. Saman, alaf və başqa heyvan yemlərini yığmaq üçün örtülü yer; anbar, samanlıq. Mərəkdən yonca götürmək. – ..İtələnən saman çox asanlıqla mərəyin üst bacalarından içəriyə tökülürdü. S.Rəhimov. Atın arpası çuvallardadır, mərəyin açarı da un xaralının üstündə. Ə.Vəliyev.
2. “Talvar, çardaq” mənasında. Çox isti havalarda heyvanlar otlaqlardakı düşərgələrdə yüngül mərəklərin altında, yaxud kölgəli yerlərdə saxlanmalıdır. A.Ağabəyli.