turklehceleri.org

mərhələ

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

mərhələ

is. [ər.]
1. Bir şeyin inkişafında keyfiyyətcə öz xüsusiyyətləri olan dövr, moment. İnkişafın yüksək mərhələsi. Müəyyən mərhələ. – Azərbaycan dramaturgiyasının inkişafında C.Məmmədquluzadənin komediyaları xüsusi bir mərhələ təşkil edir. M.İbrahimov. Plantasiyada işin başqa mərhələsi başlanmışdı. H.Seyidbəyli.
2. köhn. Birgünlük yol, iki mənzil arası.
3. klas. Yer. Mümkün deyil, Füzuli, cahanda iqamətin; Bihudə sən bu mərhələdə məskən eylədin. Füzuli. Seyid, qayıt bu mərhələdən, kəs ayağını; Axır bu rahimeygədənin bir məalı yox. S.Ə.Şirvani.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

mərhələ

dövr
{aşama}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

mərhələ

aşama, dönem, evre, merci, merhale, safha


Last searches: