mərdmərdanə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
mərd-mərdanə
(=mərdü mərdanə) bax. mərdanə 1 və 2-ci mənalarda. Mərdmərdanə vuruşmaq. Mərd-mərdanə döyüş meydanına atılmaq. – Başlar kəsdi, qollar qırdı, mərd-mərdanə dava elədi. “Koroğlu”. Kərəm çəkər cəfa mərdü mərdanə; Bivəfa əlindən gəlmişəm cana. “Əsli və Kərəm”. // Açıqcasına, heç bir şeydən çəkinməyərək, kişi kimi. Mərd-mərdanə sözü üzünə açıq demək.