məqbul
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
məqbul
sif. [ər.]
1. Qəbul olunan, bəyənilən, xoşagələn, yaxşı. [Ağa Kərim:] Özün bilmirsən, sir-sifətin çəndan məqbul deyil! M.F.Axundzadə. [Xəyyam:] Minlərcə şəhər ya qala almaqdan, əmin ol; Bir sadə çoban könlünü almaq daha məqbul. H.Cavid. • Məqbul bilmək (görmək) – daha münasib və əlverişli bilib qəbul etmək; bəyənmək, xoşlamaq. Düşmən bu tədbiri, deyəsən, daha məqbul bilmişdi. Ə.Əbülhəsən. Məqbul etmək – qəbul etmək, bəyənmək, yaxşı hesab etmək. Əgər istəsəydi Allah, ki səni edəydi məqbul; Bizə verdiyi tək əlbət sənə həm verərdi pul-mul. M.Ə.Sabir. Məqbul olmaq – qəbul olunmaq, qəbula keçmək, bəyənilmək, xoşlanmaq. [Molla İbrahimxəlil:] Həmi sənin təvəssütün həmməzhəblərin barəsində məqbul oldu, həm mənim sözüm pozulmadı. M.F.Axundzadə. Təqsim eylə, olaq yeməyə məşğul! Amma ki, təqsimin olsun həm məqbul. Q.Zakir.
2. Şagirdin, tələbənin biliyinə verilən kafi qiymət. Fizikadan “məqbul” almaq.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
məqbul
I. münasib, əlverişli
{uygun, elverişli}
II. kafi
{kâfi}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
məqbul
makbul
Last searches:
- Atooç,
- Zabit,
- conspicuous,
- apakay,
- qulaq,
- XUMAR,
- şahsi,
- discernment,
- yadırğama,
- marc,
- Ziyod,
- hakkaniyet,
- ekskavator,
- TORUS,
- axtalanmaq,
- moka,
- doqquz,
- pratisyen,
- hukumat,
- ascription,
- shaqillamoq,
- məqbul