turklehceleri.org

məlumat

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

məlumat

is. [ər. “məlum” söz. cəmi]
1. Bir şey haqqında bilik, xəbərdarlıq. [Ənisə] özünü bilik və məlumatca heç kəsdən aşağı tutmayırdı. S.Hüseyn. Həcər qarının çox geniş məlumatı və zəngin təcrübəsi var idi. Ə.Sadıq.
2. Bir şey haqqında şifahi və ya yazılı arayış, bildiriş, izahat. Şahmar heç bir söz demədən, yazdığı məlumatı stolun üstünə qoyub qapıdan çıxdı. B.Bayramov. • Məlumat vermək – hər hansı bir iş, hadisə və s. haqqında şifahi və ya yazılı arayış vermək, bildirmək, xəbərdar etmək. İşin gedişi haqqında məlumat vermək. – Rüstəm kişi yanakı oturub balaca stola dirsəkləndi və yaz əkininə hazırlıq haqqında məlumat verdi. M.İbrahimov. Bayram kişi məlumat verməkdə ikən qapı açıldı. M.Rzaquluzadə.
3. Xəbər, xəbərdarlıq. Bu barədə məlumatım yoxdur. – Cavad əsirlərdən bir-iki məlumat öyrəndikdən sonra, onları ştaba göndərib yenə ehtiyatla yoluna davam etməyə başladı. Ə.Vəliyev. • Məlumat vermək – xəbər vermək, bildirmək. Bu barədə yoldaşlara məlumat verin. – Hətta casusa məlumat verənləri yaxşıca axtarmağı da məhkəmənin yadına salacağam. H.Nəzərli.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

mə’lumat

I. xəbər
{haber}

II. izahat
{açıklama}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

məlumat

bildiri, bilgi, demeç, malumat, rapor, veri


Last searches: