məhərrəm
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
məhərrəm
is. [ər. mühərrəm]
1. Ərəb qəməri təqviminin birinci ayı (şiələrin imamları bu ayda qətl edildiyi üçün yas ayı hesab olunur). [Məşədi Səttar] hər il məhərrəm ayında yeddi gün imam ehsanı verirdi. Ə.Haqverdiyev. [Qızxanım] məhərrəm ayı olduğu üçün qara don geymişdi. Çəmənzəminli.
2. bax. məhərrəmlik. Zibəs ki, giryə eylər gözlərim guya məhərrəmdir. S.Ə.Şirvani.