turklehceleri.org

məhzun

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

məhzun

sif. [ər.] Hüznlü, həzin, kədərli, qəmli, məlul, dərdli. Hüsaməddin baş endirib durdu, Qətibə isə qara və məhzun baxışlı gözlərini ona tərəf çevirdi. M.S.Ordubadi. [Dərviş:] Ruqiyyə məlul və məhzun (z.) evə getdi. A.Divanbəyoğlu. Qız məhzun baxışlarını [Aqilin] üzündən çəkmədən yenə də başını yırğaladı. Q.İlkin. • Məhzun etmək – kədərləndirmək, qüssələndirmək. Şad ikən bu söz ilə könlümü məhzun etdin. Füzuli. Gülməgində qanlı-qanlı giryələr; Hər müsəlman könlünü məhzun edər. A.Səhhət. Məhzun olmaq – qəmlənmək, kədərlənmək, qüssələnmək. Gördü nazik ayağın ol dilxun; Tutulub könlü, oldu çox məhzun. S.Ə.Şirvani. məhzun-məhzun zərf Kədərli-kədərli, həzin-həzin; qüssəli, kədərli. ..Kölgə bu yandan qaçıb, o biri tərəfdə lal-mat durub məhzun-məhzun Nadirin üzünə baxırdı. B.Talıblı. Qızarmış gözlər məhzun-məhzun intizarlı baxışlarla ətrafa nəzər yetirirdi. Ə.Vəliyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

məhzun

qəmli, kədərli, dərdli
{gamlı, kederli, dertli}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

məhzun

mahzun


Last searches: