mədəniyyət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
mədəniyyət
is. [ər.]
1. İnsan cəmiyyətinin istehsal sahəsində, ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusu. Maddi mədəniyyət nümunələri. Mədəniyyət sahəsində irəliləyiş. – Küp qəbirlər mədəniyyəti alban tayfalarının hakim mədəniyyətinə çevrildi. (“Azərbaycan tarixi”).
2. Hər hansı bir xalqın və ya sinfin müəyyən dövrdə əldə etdiyi belə nailiyyətlərin səviyyəsi. Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) Azərbaycan mədəniyyəti və maarifi tarixində tamamilə yeni və parlaq bir dövr açdı. M.İbrahimov. // Təsərrüfat və ya zehni fəaliyyətin, hər hansı birisinin inkişaf səviyyəsi. İstehsalat mədəniyyəti. Nitq mədəniyyəti.
3. Savadlılıq, elmlilik, biliklilik. Yazıçı mədəniyyəti. // Cəmiyyətdə özünü apara bilmə; tərbiyəlilik. Hamı bir nəfərtək sakit olmuşdur; Bu da timsalıdır mədəniyyətin. S.Vurğun. // Mədəni adamın tələblərinə uyğun olan həyat şəraitinin məcmusu. Yaşayış mədəniyyəti.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
mədəniyyət
kültür, uygarlık