müəmma
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
müəmma
is. [ər.]
1. Mənası gizli, çətin anlaşılan, üstüörtülü, qaranlıq söz, məsələ, şəkil və s. Bu sözlər Məcidin ürəyinə yağ kimi yayılırdı və onu çətin bir müəmmanın həllindən azad edirdi. B.Talıblı. [Hidayət] üçün heç bir müəmma, açılmaz düyün qalmamışdı. B.Bayramov. // məc. Anlaşılmaz sirr, həlli çətin məsələ, şey. Bu lap müəmmadır ki...
2. ədəb. Hərf və rəqəmlərlə ifadə olunan klassik şeir formalarından biri; mənzum tapmaca. Füzulinin müəmmaları. – Sirri-dəhəniyarı, könül, axtar, özün tap; Söz yox ki, açıb şəxsə müəmmanı deməzlər. S.Ə.Şirvani.