turklehceleri.org

müşayiət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

müşayiət

is. [ər.] Yanınca getmə, ötürmə. • Müşayiət etmək – 1) ötürmək, yola salmaq. [Mehriban] keçən gün [Səlimin] tövsiyələrini diqqətlə dinləmiş, onu vağzaladək müşayiət belə etmişdi. S.Hüseyn; 2) bir yerə qədər yanınca getmək, bərabər getmək. Nümayəndələri müşayiət etmək. – Fabrik müdiri də bizi müşayiət edirdi. M.İbrahimov; 3) qorumaq, yaxud da yol göstərmək, bələdçilik etmək üçün yanınca getmək. Generalı müşayiət etmək. – Vəliəhd döyüş səhnəsinə daxil olan kimi onu müşayiət edən iki yüz Gəncə atlıları geri çəkildilər. M.S.Ordubadi. ...müşayiəti ilə – 1) bərabər, bir yerdə, yanınca gedərək. Qətibə gözəl kənizlər və cariyələrin müşayiəti ilə daxil olub, böyük salonun ortasında dayandı. M.S.Ordubadi. Teymur şahidlərin müşayiəti ilə mağazanı gəzməyə başladı. H.Seyidbəyli; 2) mus. oxuyan və ya solo çalanla birgə çıxış edib öz çalğısını onların oxumasına və ya çalmasına uyğunlaşdıraraq. Nəhayət, Cimi tarın müşayiəti ilə oxumağa başladı. İ.Əfəndiyev. Bir salonda tar-kamança müşayiəti ilə oxunan xoş bir el mahnısının səsi gəlir. M.Rzaquluzadə.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

müşayiət

eşlik, refakat


Last searches: