turklehceleri.org

müşahidə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

müşahidə

is. [ər.]
1. Diqqətlə baxma, nəzər yetirmə, seyr etmə. • Müşahidə etmək (eləmək) – 1) diqqətlə baxmaq, göz qoymaq, seyr etmək. Səidə xanım otağının açıq pəncərəsindən bizi müşahidə eləyirmiş. M.Hüseyn; 2) görmək, hiss etmək. [Yaşlı kişi:] Bir neçə saat əvvəl ürəyi xarab olan zaman mən onda qəribə bir hal müşahidə etdim. S.Hüseyn. ..Kərəmzadə [Səlimin] zəif damarını yamanca dəqiqliklə müşahidə eləmişdi. B.Bayramov.
2. Diqqətlə baxaraq, araşdıraraq öyrənmə, tədqiq etmə. Heyvanların həyatı üzərində aparılan müşahidələr. – Zoologiya dərslərində əməli iş və laboratoriya məşğələləri, təcrübə, müşahidə və mikroskopla işləmək çox mühüm yer tutur. C.Cəbrayılbəyli. Ziynət analığını işığa saldı, müşahidəsini yazdı. B.Bayramov. • Müşahidə aparmaq – müntəzəm göz qoymaqla, diqqət yetirməklə öyrənmək, tədqiq etmək, araşdırmaq. [Kamil] qayığı saxlatdırıb xırda ada və daşlarda müşahidə aparır, fotoaparatla şəkil çəkirdi. M.Süleymanov.
3. Nəzarət etmə, göz qoyma, izləmə. • Müşahidə məntəqəsi – düşməni izləmək üçün xüsusi təchiz olunmuş gizli yer. ..Mərmi lap müşahidə məntəqəsini ağzına aldı. Mir Cəlal. Müşahidə məntəqəsində növbədə durduğum birinci dəfə deyildir. Y.Əzimzadə.
4. məc. Müşahidə və təcrübə nəticəsində hasil olan dünyagörüşü. Geniş müşahidəyə malik yazıçı.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

müşahidə

gözlem, müşahede


Last searches: