turklehceleri.org

müvazinət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

müvazinət

(=müvazinə) is. [ər.]
1. fiz. Bərabər və əks istiqamətdə olduqlarına görə bir-birini məhv edən qüvvələrin təsiri nəticəsində cismin hərəkətsizlik, sükunət halı.
2. Olduğu vəziyyəti saxlama, vəziyyətdə sabitlik; dayanıqlıq, duruş. Müvazinətini saxlaya bilməmək. – [Qüdrət:] Mən öz müvazinətimi itirirəm, Gülsabah! C.Cabbarlı. Zeynal sərxoşluğundan müvazinəsini saxlaya bilmədiyi üçün Mehribana gücü yetmirdi. S.Hüseyn. [Şəfi] özünü düzəltmək istədikdə müvazinətini itirib nərdivandan yumbalandı. Ə.Əbülhəsən.
3. məc. Sükunət, sakitlik, aram. Ona əbədi görünən ruhi müvazinət içərisində sonsuz bir zövq duyurdu. M.İbrahimov. Arvadının belə acınacaqlı hala düşməsi onda daxili müvazinət yaratdı. H.Seyidbəyli.
4. Bərabərlik, tarazlıq, uyğunluq. Qüvvələrin müvazinəti.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

müvazinət

tarazlıq, bərabərlik
{denklik, beraberlik}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

müvazinət

denge, muvazene, muvazenet


Last searches: