mütəmadi
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
mütəmadi
sif. [ər.] Sürəkli, ara verməyən, davamlı, daimi surətdə baş verib gedən. O gündən etibarən Qurbanlı mütəmadi ziyarətlərə davam etdi. Çəmənzəminli. Mütəmadi fikir, şiddətli ürək döyüntüsü [Əzizbəyovu] yatmağa qoymurdu. M.Hüseyn. // zərf Daim, arasıkəsilmədən, mütəmadiyən. Axşam Dilbər xörək yemir, mütəmadi ağlayırdı. C.Cabbarlı.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
mütəmadi
daimi, həmişə
{daimi, sürekli}