mürur
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
mürur
is. [ər.]
1. Keçmə, ötmə, keçib getmə (vaxt, zaman haqqında). • Mürur etmək – keçmək, ötmək, keçib getmək. Zaman bir axar çay kimi axır, illər mürur edirdi. C.Cabbarlı. Əfsus, muradımca mürur etmədi dövran; Saldı məni taxtımdan edib zarü pərişan. Ə.Nəzmi. Müruri-əyyamla – gün(lər) keçdikcə. [Vaqif] müruri-əyyam ilə xanimərhumun ən müqərriblərindən birisi olubdur. F.Köçərli. Müruri-zamanla – zaman keçdikcə, vaxt keçdikcə. Müruri-zamanla oxlandı, töküldü; Ehramların daşı. O.Sarıvəlli.
2. “ilə” (-la) qoşması ilə – tədriclə, yavaş-yavaş, aramla. Əkin yerini yaxşılandıran vaxtda səy etmək gərək ki, onu sulayan su bir yerdə dayanmayıb mürur ilə axsın. “Əkinçi”. Amma biz onun mürur ilə elədikləri fədakarlığı ancaq edən vaxt düşünür(ük). C.Cabbarlı.