turklehceleri.org

mühafizəkar

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

mühafizəkar

is. [ər. mühafizə və fars. ...kar]
1. Vaxtı keçmiş, köhnə qaydaları, adət və ənənələri sevən, onlara riayət edən adam, köhnəlik tərəfdarı; köhnəpərəst. [Yaşlı kişi:] [Tacir] dinçi və mühafizəkar idi, “sübhanallah” zikri dilindən düşməzdi. S.Hüseyn. Atası bir az mühafizəkar və pulpərəstdir. Ə.Vəliyev. // Sif. mənasında. Mühafizəkar qoca. – Şərəfzadə mühafizəkar .. bir adamdır. S.Hüseyn.
2. Mühafizəkar siyasi partiyanın üzvü. [Osmanlıda] hürriyyətpərəstlər ilə mühafizəkarlar arasında bəzi ictimai fəsadlar vüquə gəlməkdədir. F.Köçərli.


Last searches: