turklehceleri.org

müddəi

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

müddəi

is. [ər.] köhn.
1. hüq. İddia edən, tələb edən, tələbkar, iddiaçı. // Prokuror. Müddəinin tələbi. – Cəmilə [azərbaycanca] və rusca olaraq bir müddəi kimi danışıb deyirdi: – Biz gərək xalq malına öz malımız kimi baxaq!.. S.Hüseyn. Sanki müddəilərdən sonra hakim danışacaq, bu vaxta qədər söylənmiş ittihamlara dair öz ədalətli hökmünü bildirəcəkdi. M.Hüseyn.
2. klas. Düşmən, rəqib, bədxah. Gər sənə əfğanimi bihudə dersə müddəi; Ol sözə tutma qulaq, mən çəkdiyim əfğanə tut! Füzuli. [Əvvəlinci:] Bu hökmranların hamısı biri-birilə müddəidir. Ə.Haqverdiyev. • Müddəi çıxmaq – ədavətə başlamaq, düşmənçilik etmək. [Səkinə xanım:] Bu bihəya qardaşımın arvadı mənə müddəi çıxıb pulun yetişməyini təxirə saldı. M.F.Axundzadə. Müddəi olmaq – düşmən olmaq; ədavət etmək. İki axund ad və şöhrət üstə həmişə bir-birilə müddəi olarlar. C.Məmmədquluzadə.


Last searches: