müdafiə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
müdafiə
is. [ər.]
1. Özünü və ya başqasını hücumdan qoruma, hücuma qarşı durma. Müdafiə üçün lazımi qədər qüvvəmiz var. Müdafiə vəziyyətində olmaq.
2. Birinin əleyhinə deyilən sözlərə cavab verməklə onun tərəfini saxlama, ona tərəf çıxma. Sədrin müdafiəsindən ruhlanan Lal Hüseyn daha da həyasızlaşdı. M.İbrahimov.
3. Düşməni dəf etmək üçün lazımi vasitələrin məcmusu. Ölkənin müdafiəsini qüvvətləndirmək. // Düşmən hücumundan qorunmaq üçün tikintilər, qurğular sistemi, qorunma vasitələri (istehkam, səngər və s.). Düşmənin müdafiəsini yarmaq.
4. Tənqidə, etiraza qarşı dayanma, öz fikrinin üstündə durma, ondan dönməmə.
5. Elmi mübahisə və müzakirələrdə müəyyən nöqteyi-nəzəri, fikri isbat etmə, isbat etməyə çalışma. Dissertasiya müdafiəsi.
6. hüq. Məhkəmə prosesində müdafiə edən tərəf (ittiham qarşılığı). Müdafiənin etirazı.
7. idm. Futbol, xokkey və b. oyunlarda komandanın, meydanın müəyyən sahəsini qoruyan, müdafiə edən hissəsi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
müdafiə
I. qoruma
{koruma}
II. himayə, arxa, dayaq
{himaye, arka, dayanak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
müdafiə
defans, müdafaa, savunma