turklehceleri.org

muştuluq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

muştuluq

is.
1. Xeyir xəbər, şad xəbər, xoş xəbər, sevindirici söz; müjdə. Bəndalının səsi həyətdə böyük nicat xəbəri, bir muştuluq kimi səsləndi. Mir Cəlal. • Muştuluğa getmək – xeyir xəbər aparmaq, şad xəbər vermək üçün getmək. [Xanmurad:] Muştuluğa gedirəm. İ.Əfəndiyev.
2. Xeyir (şad) xəbər gətirənə verilən şey, bəxşiş. ..Bu hamıya məlumdur ki, birinin oğlu olanda xəbər gətirib muştuluq alırlar. C.Məmmədquluzadə. Bilirsən ki, anandan muştuluq alım deyə; Mən özüm gedəcəyəm birbaş sizin şenliyə. Ə.Cəmil. [Dərzi:] Padşah, muştuluğumu ver, balaca oğlun Məlikməmmədin yerini deyim. Çəmənzəminli. ‣ Muştuluğun borc olsun! – verilən xəbəri istehza ilə qarşıladıqda işlədilən ifadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

muştuluq

müjdə, xəbər
{müjde, haber}


Last searches: