turklehceleri.org

maşın

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

maşın

[fr. əsli lat.]
1. Enerjini bir şəkildən başqa şəklə salmaq yolu ilə hər hansı bir faydalı iş görən mexanizm və ya mexanizmlər toplusu. Hesablayıcı maşın. Çap maşını. Tikiş maşını. • Yazı maşını – mətni çap etmək üçün dillər üzərində hərflər olan mexanizm. Vəkillər .. bu ərizələri və siyahıları maşında səliqə ilə çap eləyib, gətirib qoymuşdular Sərdarın qabağına. C.Məmmədquluzadə.
2. məc. Qeyri-iradi, mexaniki surətdə hərəkət edən adam haqqında. // məc. Mexanizm kimi fasiləsiz və dəqiq işləyən idarə, təşkilat və s. Dövlət maşını.
3. Hər hansı bir mexanizm vasitəsilə hərəkətə gətirilən nəqliyyat vasitəsi (əsasən avtomobil). Maşına minmək. Yük maşını. Minik maşını. – Şofer .. təsadüfən oradan keçən başqa bir maşınla geri qayıtmışdı. S.Hüseyn. // köhn. Dəmiryol qatarı. Maşın saat 5-də yola düşür.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

maşın

araba, makina


Last searches: