turklehceleri.org

matəm

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

matəm

is. [ər.] Yas, təziyə, əza. • Matəm geymək məc. – matəm əlaməti olaraq qara geymək; yas saxlamaq, təziyə tutmaq. Mən köçdüm dünyadan vaxtından qabaq; Ki, matəm geyməsin bu ana torpaq. M.Rahim. Matəm qopmaq – ağlaşma başlamaq, yas qurulmaq. Vəqta ki, qopur bir evdə matəm; Təşkil edilir büsati-ehsan. M.Ə.Sabir. Matəm qurulmaq – yas məclisi qurulmaq. ..Danabaş kəndində üç yerdə matəm qurulubdu.. C.Məmmədquluzadə. Matəm saxlamaq – yas saxlamaq, yasa batmaq. Minlərlə adam atom bombaları qurbanlarına matəm saxlayır. // məc. Yas, kədər, hüzn. Of, ana, Fitnəni görərsə Bəhram; Bizə matəm olar bu toy, bu bayram. A.Şaiq. İnsanlar öpüşüb qardaş olsalar; Dünyada nə matəm, nə məhbəs qalar. S.Vurğun. • Matəm çəkmək – yasa batmaq, kədərə qərq olmaq. Hər yer viran, səssiz, sanki matəm çökmüş çöllərə. A.Səhhət. Matəmə batmaq – kədər içərisində olmaq, yasa batmaq. [Dostəli:] Şəhərin tamam yarısı matəmə batıb, amma siz burada şadlıq edirsiniz. Ü.Hacıbəyov. Hər gələn yurdumda bir at oynatdı; Analar gənc ikən matəmə batdı. S.Vurğun. Matəmə bürünmək – bax. matəmə batmaq. Bürünüb matəmə kəndlər və şəhərlər ölüdür; Elə bil, orda həyətlər, küçələr qan gölüdür. S.Rüstəm. ‣ Matəminə oturum! – qarğış məqamına işlənir.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

matəm

yas, hüzr
{yas, keder}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

matəm

matem


Last searches: