mahmızlamaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
mahmızlamaq
f.
1. Mahmızla basmaq, dürtmək. Asəf atını mahmızlayıb böyük bir qəsrin qarşısında durdu və sarayı tərif etməyə başladı. M.S.Ordubadi. Bu saat işini yüngülləşdirim, – deyə [Salman] atı mahmızlayıb can verən tülkünün üstünə səyirtdi. M.İbrahimov. O yenə də Xasaya baxır, nə barədə isə düşünür, təkdənbir atını mahmızlayıb başını bulayırdı. M.Hüseyn.
2. məc. Tələsdirmək, bizləmək.