kəs
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
kəs
əvəz. [fars.] Şəxs, adam, kimsə. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlayıb, bəzi bəhanələr ilə məndən qaçıb gedirlər.. C.Məmmədquluzadə. [Məstur:] Yad kəsə bağlıdır bütün yollar; Buna, zənnimcə, bircə tədbir var. A.Şaiq. • Bir kəs – bir adam, kimsə. [Leyla:] Bir kəsim varsa mənim; Harun, yenə sənsən və sən. Ü.Hacıbəyov. [Leyla xanım:] Bir kəs yoxdur, qardaş, təkəm.. N.Vəzirov. [Hacı:] Baxdım, yox idi yaxında bir kəs; Gəldi qulağıma bir həzin səs. C.Cabbarlı. Heç kəs – kimsə, heç kim, bir nəfər də, bir adam da. Otaqda heç kəs yoxdur. Küçələrdə heç kəs yox idi. Heç kəsə bir söz demə. – [Hacı Murad:] ..Heç kəsi buraya qoymazsan. S.S.Axundov. Nə qədər ki, Cavahir atasının evində idi, heç kəs bunun işini təqdir etməyirdi. T.Ş.Simurq. Hər kəs – 1) hər bir adam, hər biri, hər şəxs. Hər kəsdən bacarığına görə, hər kəsə tələbinə görə. // Hamı. Oğul atasının təbiətini hər kəsdən yaxşı bilirdi. S.Rəhimov; 2) kim, hər kim. Xalq ilə hər kəs necə rəftar edər; Haqq onu ol dərdə giriftar edər. A.Səhhət. Hər kəs baxıb həqiqətdə, əncir ağacının dibində şamın yandığını görürdü.. Ə.Haqverdiyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
kəs
şəxs, adam
{şahıs, adam}