turklehceleri.org

kələk

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

kələk

is. Hiylə, fırıldaq, badalaq, biclik, fənd, aldatma. Kələk ilə gələn külək ilə gedər. (Ata. sözü). [Süleyman:] Öyrən bu kələyi, arvadı tap, tez toy elə! Ü.Hacıbəyov. [Mustafa bəy:] Mirzə Kərim, bunlar hamısı sənin kələyindir. Ə.Haqverdiyev. ‣ Kələk gəlmək – yalan sözlərlə, hiylə ilə aldatmaq, fırıldaq işlətmək. [Nəbi:] Mehdinin əlindən dad edər fələk; Naçalniklər mənə gəlirlər kələk. “Qaçaq Nəbi”. [Salamov:] Adə, .. sən də mənə kələk gəlirsən? C.Cabbarlı. Kələk işlətmək – bax. kələk gəlmək. [Hacı Mehdi:] Hər nə kələyin var, işlət. Ə.Haqverdiyev. Molla Qasım anladı ki, belə camaatın içində hər nə ki, kələyi varsa, işlədə biləcəkdir. S.S.Axundov. Kələk qurmaq – biclik işlətmək, hiylə düzəltmək. Lakin o yerlərdə gedir, durmayır; Bir elə layiqli kələk qurmayır. M.Ə.Sabir. [Cahan:] Bizə də sən qur kələk, sən qur kələk, sən qur kələk. Ü.Hacıbəyov. [Hacı Fərəc:] Ziynət xanımı görmək üçün nə kələk qurdumsa, zalım qızı elə dəlillər gətirdi ki, qaldım məəttəl. N.Vəzirov. Kələyə düşmək – tora düşmək, hiyləyə aldanmaq, işə düşmək. [Hacı Murad:] Seyidin kələyinə düşüb cəmi dövlətini məscidə vəqf etmişdir. S.S.Axundov. Əcəb kələyə düşdük, əcəb qaldıq xatada. S.Rüstəm. Kələyə salmaq (qoymaq) – cəncəl işə salmaq. [Gülçöhrə:] Əsgər bizi kələyə qoyub, sənin acığına və mənim əzabıma səbəb oldu. Ü.Hacıbəyov. Kələyi baş tutmamaq – hiyləsi həyata keçməmək, boşa çıxmaq. [Məşədi İbad:] Lotular pul söhbətini eşidib qaçdılar. Yox, mənim kələyim baş tutmadı. Ü.Hacıbəyov. Kələyi kəsilmək – üzülmək, əldən düşmək. Kələyini kəsmək – son dərəcə yormaq, incitmək, əldən salmaq, çox əziyyət vermək, üzmək. Yol kələyimizi kəsdi. – [Əhmədov:] Çadırdan, brezentdən tap, yoxsa bu gün bizim kələyimizi kəsər. Mir Cəlal. Kələyinin üstü açılmaq – hiyləsi, bicliyi, fırıldağı aşkara çıxmaq, bəlli olmaq, baş tutmamaq. [Əsgər:] Zərər yoxdur, bir-iki saatdan sonra mənim kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm. Ü.Hacıbəyov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

kələk

hiylə, badalaq, kəf
{hile, aldatma, kandırma}


Last searches: