turklehceleri.org

küll

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

küll

[ər.]
1. Bütün, cümlə, cəmi; bütöv, tam halda; ümum, ümumiyyətlə. Bir küll halında. – Bəli, biz burada Mozalan kəndinin xəstəliyi olan sümük azarından – yəni xəbərçiliyin hamısından yox, əsla küllisini yox, cüzisini yazmaq istərdik. S.Rəhimov.
2. köhn. İzafət birləşmələrinin birinci tərəfində “bütün”, “bütöv”, “tam” mənasında; məs.: külli-cahan, külli-dünya (bütün dünya, bütün aləm), külli-vilayət (bütün vilayət, ölkə). Nigar, Koroğlu yarısan; Bilsin küllialəm səni. “Koroğlu”. Rəngü-ruyu, cismi, taqəti, canı; Külli-varı gedən bəs ağlamazmı? M.V.Vidadi. Ey dünya, sən puçsan, yalansan, yalan; Külli-xalq canına salmısan talan. Molla Cümə.


Last searches: