turklehceleri.org

külfət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

külfət

is. [ər.]
1. bax. ailə 1-ci mənada. Bir külfətdə dörd nəfər uşaq var.. C.Məmmədquluzadə. [Qafar:] Pinəçilik edib yeddi baş külfətin ruzisini bir tövr ilə qazanıram. S.S.Axundov. [Molla Qurban:] Bəy yanında alnıaçıq, külfət yanında üzügülər olasan, inşallah!.. Ə.Vəliyev. • Külfət sahibi – ailə başçısı, ata. İndi balaca uşaq özünü kişi və külfət sahibi hiss edirdi. Ə.Haqverdiyev. Nəcibənin .. oğlu iyirmi-iyirmi beş il idi ki, kənddə evlənmiş, külfət sahibi olmuşdu. Mir Cəlal.
2. köhn. evf. Arvad mənasında. [Qəribin anası:] Mən Təbrizli Məmmədin külfətiyəm, bu da oğlumun nişanlısıbır. “Aşıq Qərib”. [Cahan:] Bəy, dəllal Kərbəlayı Nəsirin külfətiyəm, bəlkə tanıyasan? Ü.Hacıbəyov. Namaz kişinin külfətiyəm, – deyə, qarı könülsüz cavab verdi. M.Hüseyn.
3. məc. Zəhmət, əziyyət, qayğı mənasında. Onu külfət basıb.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

külfət

I. ailə
{aile}

II. arvad, zövcə
{eş, zevce}


Last searches: